Tahir Süleymanov: "Dövlət başçısı bu humanist addımı ilə yüzlərlə ailələni sevindirib" MÜNASİBƏT
"Prezident İlham Əliyevin 28 may Respublika Günü ərəfəsində imzalaldığı əfv Sərəncamı dövlətin humanist siyasətinin növbəti təzahürü kimi qiymətləndirilir". Bununla bağlı SİA-ya açıqlama verən millət vəkili Tahir Süleymanovun sözlərinə görə, cinayət törətmiş insanları əfv etmək, cəzalarının çəkilməmiş hisəssindən azad etmək, bağışlamaq həm onları normal həyata qaytarır, həm də müasir Azərbaycanın humanizm prinsiplərinə sədaqətini bir daha təsdiqləyir: "Azərbaycan Prezidenti imzaladığı əfv sərəncamı ilə kimlərisə qane etmək, kimlərinsə arzularını yerinə yetirmək mövqeyindən çıxış etmir. O, yalnız Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətinin mahiyyətinə uyğun lazım bildiyi addımlar atır. Ölkə prezidentinin əfv haqqında verdiyi son Sərəncam Azərbaycan dövlətinin insan hüquq və azadlıqları istiqamətində yeritdiyi humanist siyasətinin növbəti təzahürüdür. Prezident bununla məhkum həyatı yaşayanların, səhvini anlamış insanların cəmiyyətə qayıtmaq və yenidən bu cəmiyyətin bərabərhüquqlu üzvü olmaq və özünün gələcək həyatını qanunlara uyğun şəkildə qurmaq üçün şərait yaradır, imkan verir. Bu Sərəncam Prezident tərəfindən humanist bir addımdır və yüzlərlə insanı, ailələri sevindirib".
Millət vəkili onu da vurğuladı ki, Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu ilk vaxtlarda humanizm prinsipləri bir o qədər də diqqət mərkəzində deyildi: "Lakin Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq. Bu günədək qəbul olunan 9 Amntistiya Aktı isə 96 mindən çox məhbusa şamil edilib. Son iki amnistiya aktının təşəbbüsçüsü Ümummilli Lider Heydər Əliyevin ədalət və insanpərvərlik ideyalarını davam etdirən Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olub. Onu da vurğulamaq lazımdır ki, qəbul olunmuş hər bir Amnistiya Aktı humanizm prinsiplərinin qələbəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı Sərəncamlar da bunu təsdiqləyir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB