AVP İsmayıllı rayon təşkilatının ofisinin açılışı olub FOTO

AVP İsmayıllı rayon təşkilatının ofisinin açılışı olub FOTO

Ana Vətən Partiyası İsmayıllı rayon təşkilatının ofisinin açılışı olub. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Gənclər təşkilatının sədri Mikayıl İbrahimov və İsmayıllı rayon təşkilatının bir qrup fəalı iştirak edib .

Elçin Ağamalı çıxışında İsmayıllı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirib.

E.Ağamalı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışıb.

O, Anavətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırıb.

Mikayıl İbrahimov çıxışı zamanı partiya sıralarına gənclərin cəlb olunmasının, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsinın vacib amil olduğunu bildirib.

Eyni zamanda AVP İsmayıllı rayon təşkilatının sədri, Şahməmməd Dağlaroğlu, sədr müavini Bəhrəm Əzizov və Qadınlar Şurasının sədri Çinarə Bəhərçinli çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik ediblər.

Tədbir çərçivəsində bir sıra şəxslər səmərəli partiya fəaliyyətlərinə görə xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə