“AŞPA prezidenti yanlışlığa yol verir” MÜSAHİBƏ

“AŞPA prezidenti yanlışlığa yol verir” MÜSAHİBƏ

Politoloq Elşad Mirbəşiroğlunun SİA-ya müsahibəsi

- Elşad müəllim, AŞPA prezidenti Ann Brassör Azərbaycanla bağlı reallığdan uzaq olan ittiham xarakterli bəyanat səsləndirib. Sizcə, AŞPA rəsmisinin bu cür anormal mövqeyinin kökündə hansısa səbəblər dayanır?

- Təəssüflər olsun ki, zaman-zaman Qərbin Azərbaycana qarşı münasibətdə bu cür qərəzli mövqelərinə rast gəlirik. Azərbaycana münsaibətdə bu cür mövqenin arxasında birmənalı olaraq siyasi və geosiyasi motivlər dayanır. Burada ABŞ və Qərbi Avropa ölkələri olmaqla bir növ Azərbaycanda insan haqları və demokratik prinsiplərə əməl olunmaması ilə bağlı iradlar bildirməklə Azərbaycana hər hansı bir formada təzyiq göstərməyə çalışırlar. Amma bu günə kimi bunun hər hansı bir nəticəsi olmayıb. Bu gün Azərbaycan demokratik prinsiplərə əməl edilməsi, insan hüquqlarının qorunması və bu məsələlərə həsaslıqla yanaşılması sahəsində örnək olası bir ölkədir. Bildiyiniz kimi, bu yaxınlarda Fransa prezidenti Azərbaycanda səfərdə olarkən qeyd etdi ki, "kaşkı Avropanın ölkələrində də, Bakıda olan bir şərait mövcud olaydı". Yəni bu cür bir şəraitin olmasını diqqətə çatdıran Fransa prezidenti burada bütün məqamları nəzərdə tuturdu. Azərbaycan haqqında bu sözləri Avropanın ən nüfuzlu dövlətinin başçılarından biri deyib. Bu baxımdan, demək olar ki, AŞPA prezidentinin söylədikləri Azərbaycana müəyyən təzyiq etmək cəhdlərindən başqa bir şey deyil. Heç vaxda bu təzyiqlər hədəfini vura bilmir. Bildiyiniz kimi, AŞPA-nın özündə də bir-birini təkzib edən fikirlər var. Bunlar bir növ müəyyən bir iddiaları ortaya atırlar və onun arxasınca onu təksib edən bir fikiri oryata atmaqla qeyd etdikləri məsələlərdə balans yaratmaqa çalışırlar. Bu da siyasətdə reakarlıqdan başqa bir şey deyil. Müqayisə istəyirəm: Birincisi ATƏT-in Minsk Qrupunun amerkalı həmsədri bir necə mövqelərdə fikir bildirmişdi. C.Uorlik bəyan edirdi ki, Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək lazımdı. Yəni, belə bir fikiri söyləyən şəxs onun arxasınca Ermənistanın mövqeyini dəstəkləyən fikirlər səsləndiridi. Öz ölkəsinə getdikdən sonra isə tamamilə onların əksini söyləməyə başladı. Bu da ondan xəbər verir ki, bu siyasətdə bir mövqe oyunu gedir. Sadəcə olaraq, sınayırlar ki, hansı vasitələrlə nə cür Azərbaycana təzyiq edə bilərlər. Bu gün Qərbin özü də dərk edir ki, Azərbaycana hər hansı bir formada təzyiq etmək mümkün deyil.

- Azərbaycanın daxili məsələləri ilə bağlı müəyyən nüanslarda ittiham səsləndirən Ann Brassör Dağlıq Qarabağ məsələsi ilə bağlı yanaşmada sərt mövqeyini görmürük. Bunu bir növ münaqişənin həllinə Ann Brassör kimilərin ilkli yanaşmasının göstərici hesab etmək olar?

- Bu gün bizim 1 milyon qaçqınımız və məcburi köçkünümüz var. Ermənistan tərəfindən onların taptanmış hüquqları haqqında bir söz demirlər. Amma Azərbaycan cəmiyyətində hansısa olmayan nöqsanları axtarmaq istəyirlər. İstər Avropa ölkələri, istərsədə ABŞ olsun onlar özləri üçün digər ölkələrə münasibətdə vahid strateji xətt üzrə hərəkət etməkdədirlər. Birincisi, həmin ölkələr öz cəmiyyətlərinə fikir versinlər. ABŞ öz keçdiyi yola, İraqda və Əfqanıstanda törətdiyi vəhşiliklərə fikir versin. Ondan sonra ABŞ digər ölkələrdə insan hüquqları ilə bağlı fikir bildirilsin. Hər hansı bir ölkədə və cəmiyyətdə insan hüquqlarından, azadlıqlarından danışmaq üçün birinci mənəvi haqqa malik olmaq lazımdır. Qərb və ABŞ bu mənəvi haqqa malik deyil. Digər tərəfdən isə Qərb və ABŞ özü də çox gözəl bilir ki, Azərbaycanda insan hüquqları və azadlıqlıqları kifayət qədər yüksək səviyyədə qorunur.

- Ermənistanda qabarıq görünən problemlər fonunda Azərbaycanda nəzəri cəlb etməyən məsələlərlə bağlı hay-küy qaldırmaq nədən qaynaqlanır?

- Bu hər şeydən öncə ikili yanaşmadır. Təəssüflər olsun ki, hər zaman biz Avropa ölkələrindən və ABŞ-dan ikili yanaşma görmüşük. Ermənistanın idarə olunması sivil normalardan tamamilə uzaqdır. Ermənistan hakimiyyət dairələri dövlət səviyyəsində terrorla məşğul olan bir ölkədir. Bir sözlə, bu gün Ermənistan cəmiyyətində nə insan haqlarından nə də ki, insan azadlıqlarından danışmaq olmaz. Yəni belə olan halda dünyanın heç bir güc dövləti Ermənistanın adını çəkmir. Bu da ikili standartların olmasından xəbər verir.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə