Nobel laureatı: "Bakı ilə bağlı məndə tamam fərqli təəssürat yarandı"
"Bakıda ticarət və gömrük məsələlərinin müzakirəyə çıxarılması sevindirici haldır. Mən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram". SİA-nın məlumatına görə, bunu Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas S.Sargent jurnalistlərə açıqlamasında deyib.
Professor qeyd edib ki, bu tədbirdə gömrük siyasətləri ilə bağlı müzakirələr də aparılacaq: "Bu məsələlər məni çox maraqlandırdığı üçün bu tədbirdə iştirak edirəm".
Özünün iqtisadçı olduğunu deyən Tomas S.Sargent qeyd edib ki, iqtisadçılar əsasən bu üç məsələni daim diqqət mərkəzində saxlayırlar: "Bunlar açıq sərhədlər, azad ticarət və benəlxalq rəqabətdir. Bunlar da ticarət və gömrük işinin daha da asanlaşdırılmasına və təkmilləşdirilməsinə kömək edən əsas amillərdir".
Nobel mükafatçısı Bakıya ilk dəfə gəldiyini diqqətə çatdırıb: "Şəhərinizin bu qədər gözəl və ecazkar olması məni valeh etdi. Əvvəllər Bakı ilə bağlı internet vasitəsi ilə məlumat toplayırdım. Bu gün isə şəhəri gördüyüm üçün tamam fərqli təəssürat yaşayıram."
Qeyd edək ki, Bakıda Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin (İNCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin I Qlobal Konfransı keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB