Elçin Mirzəbəyli: “Soma faciəsində istənilən versiyanı nəzərdən keçirmək olar” MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Soma faciəsində istənilən versiyanı nəzərdən keçirmək olar” MÜNASİBƏT

"Soma faciəsində istənilən versiyanı nəzərdən keçirmək olar. Təbii ki, Türkiyənin də müvafiq qurumları həmin versiyaları nəzərdən keçirirlər". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli Somada baş verən faciədə gülənçilərin, eləcə də onlara dəstək göstərən xarici qüvvələrin təxribat törətmələri iddialarına münasibət bildirərkən deyib.

"Ancaq öncədən nəticə çıxarmaq düzgün olmazdı", - deyə bilirən politoloq eyni zamanda bildirib ki, Türkiyə istintaqı bu işə çox ciddi yanaşır: "Əgər Türkiyədə baş verən son hadisələri izləsək, dövlət içində dövlət yaratmağa cəhd edənlərin fəaliyyətlərinə baxsaq, onların nəyə qadir olduqlarını düşünmək olar. Ancaq bir daha hesab edirəm ki, real nəticə məhz istintaqdan sonra məlum ola bilər".

Qeyd edək ki, Türkiyə mətbuatı Soma faciəsinin məhz hakim iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasına (AK Parti) qarşı təxribat olduğunu yazır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə