Mübariz Əhmədoğlu: “Azərbaycanın Dağlıq Qarabaq münaqişəsinin tənzimlənməsi ilə bağlı öz yolu var" YENİLƏNİB-FOTO
"Bu gün Ermənistanın və dünya ermənilərinin başına gələn hər bir hadisə Azərbaycanın apardığı uğurlu siyasət nətcəsində mümkün olub". SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bugün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri 12 may bəyanatından BMT TŞ-yədək tənzimləmənin yol xəritəsini hazırlamalıdırlar: "12 may 2014-cü ildə ATƏT MQ həmsədrlərinin qəbul etdiyi qətiyyətli bəyanat vasitəçilik missiyasının uğurla başa çatması üçün siyasi və hüquqi əsaslar yaradır. 12 may bəyanatında "işğal olunmuş ərazilər" termini kifayət qədər ciddi məsələdir, beynəlxalq hüquqda işğal faktı var. İşğalın miqdarı faktı mövcud deyil. 1 sm2 ərazinin işğalı ilə 1 milyon km2 ərazinin işğalı arasında hüquqi baxımdan heç bir fərq yoxdur. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini tənzimləmək fikri yoxdur. Ona görə qətiyyətli həmsədrlərin yenidən Ermənistanı dayanıb gözləməyə haqları çatmır. ATƏT MQ vasitəçiləri BMT Baş Assambleyasının 2009-cu ildə qəbul etdiyi 62/228 nömrəli qətnaməsinə əsasən fəaliyyət göstərirlər. BMT BA-nın bu sənədində vasitəçiliyin zaman normativləri də müəyyənləşib. Vasitəçilik missiyası üç ay ərzində effekt verməzsə vasitəçilik missiyasını reallaşdıran qurum məsələni BMT TŞ qarşısında qaldıra bilər. Eləcə də tərəflərə bu məsələni BMT TŞ qarşısında qaldırmağı tövsiyə edə bilər.
Vasitəçilərin 20 ildən yuxarı fəaliyyətini nəzərə alsaq onların Ermənistan tərəfinə birdən birə ultimatum verməsi ağlabatan deyil. Amma qarşıdakı 3 ay üçün atılacaq addımlardan ibarət yol xəritəsi hazırlayıb Azərbaycan və Ermənistana təqdim etməlidirlər.Yol xəritəsində Ermənistanın Dağlıq Qarabağ ətrafındakı əraziləri demilitrizasiyası, bu əraziləri Azərbaycana qaytarması, Ermənistanın öz hərbçilərinin Dağlıq Qarabağ ərazisində xidmətini qadağan etməsi konkret tarixlərlə göstərilməlidir. Azərbaycanın artan hərbi aktivliyinin 3-4 ay ərzində idarəçiliyi də yol xəritəsində göstərilməlidir. 12 may bəyanatı əsasında hazırlanmış yol xəritəsini hansı ölkə reallaşdırmayacaqsa, o zaman həmin ölkənin məsələsi BMT TŞ-ə qaldırılmalıdır. BMT TŞ-nin sanksiyaları ilə üzləşən Ermənistan qısa müddət ərzində qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxaracaq və praktiki tənzimləmə başlayacaq.
M.Əhmədoğlu deyib ki, ATƏT MQ həmsədrlərinin son bəyanatı irəliyə doğru addımdır və qətiyyətlilik nümunəsidir: "Mayın 12-də atəşkəs rejiminin 20 illiyi ilə əlaqədar ATƏT MQ həmsədrləri bəyanat yaydılar. Bu bəyanatın qətiyyəti ilk növbədə diqqəti çəkir. Lakin bu bəyanatın daha 3 parametri Dağlıq Qarabağ tənzimlənməsində ciddi uğur hesab edilə bilər. Birincisi, bu bəyanatda ilk dəfə olaraq Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal olunmuş ərazilər adlandırıldı. ATƏT MQ həmsədrlərinin bəyanatı siyasi olmaqla yanaşı, həm də hüquqi sənəddir. İkincisi, ilk dəfə olaraq ATƏT MQ həmsədrləri 2009-cu il iyunun 10-da İtaliyanın Akvil şəhərində həmsədr ölkə prezidenlərinin imzaladığı və ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılmış Madrid Prinsiplərinin yenilənmiş variantını olduğu kimi bəyanatlarına daxil etdilər; ATƏT MQ danışıqlar stolunun üstündə yalnız 2009-cu ilin iyunun 10-da həmsədr ölkə prezidentləri tərəfindən imzalanmış sənədin olduğunu rəsmən təsdiqlədilər. Kazan görüşü də daxil olmaqla Ermənistan həmişə 2009-cu il sənədinin mahiyyətini 2008-ci ildə ATƏT MQ həmsədr ölkə xarici işlər nazirlərinin imzaladığı və RF xarici işlər naziri tərəfindən yayılmış sənədə doğru dəyişmək istəyir. Ermənilərin bu cəhdlərinə ATƏT MQ həmsədrləri son qoydu. Üçüncüsü, həmsədrlər "amerikan variantını" inkar etdilər. Amerikalı həmsədr Yenilənmiş Madrid Prinsiplərinin altı maddəsini təqdim etmişdi. Bu zaman o, birinci və ikinci maddələrdə daimi və aralıq statuslar məsələsinin həllini ön plana çıxarmışdı. Həmsədr ölkə prezidentlərinin Akvil sənədində, eləcə də ATƏT MQ həmsədrlərinin son bəyanatında isə altı maddənin birincisi Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edir. Eləcə də həmsədrlərin 12 may bəyanatı "amerikan variantı"ndan fərqli olaraq Dağlıq Qarabağ ərazisi ilə Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusları arasında hüquqi dissonans yaratmır. 12 may bəyanatında Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu işğal olunmuş ərazi statusudur. Bu bir mənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın özünün ərazisinin statusu isə Azərbaycan və Ermənistan tərəfdən qarşılıqlı razılaşma vasitəsi ilə müəyyən olunmalıdır.
Beləliklə, ATƏT MQ həmsədrləri öz çiyin yoldaşlarının qərəzli ermənipərəstliyinin qarşısını aldılar. DQ tənzimlənməsində əsas mübahisə nəyin birinci olması üstündədir. ermənilər tələb edirlər ki, əvvəlcə Dağlıq Qarabağın statusu müəyyənləşməli, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalı, sonra ərazilər Azərbaycana qaytarıla bilər, Azərbaycan isə hesab edir ki, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalı, sonra isə statusun müəyyən olunması ilə bağlı proseslər başlanmalıdır".
Mərkəz direktoru qeyd edib ki, geosiyasi proseslər Dağlıq Qarabağ tənzimlənməsində ABŞ və Britaniyanı bir cinaha, RF və Fransanı digər cinaha yerləşdirdi: "Dağlıq Qarabağ tənzimlənməsində amerikalı həmsədr Uorlikin təqdim etdiyi "amerikan variantı" ortalığa mühüm məsələlər çıxardı. Əvvəla, Uorlik digər həmsədr ölkələrin də mayın 12-də bəyanat qəbul edəcəyindən xəbərdar imiş; "İşğal olunmuş ərazilər" termini hər iki variantda işlənir. Digər tərəfdən bunu bilərəkdən Uorlikin iki gün dözməyib tələsməsi daha çox diqqəti çəkir. Eləcə də o öz bəyanatını "amerikan variantı" adlandırır. Amerikan variantı Akvil sənədi ilə, eləcə də sonralar yayılmış ATƏT MQ həmsədrlərinin 12 may bəyanatı ilə müqayisədə prinsipial fərqə malikdir. Uorlikin "amerikan variantı" yalnız ermənilərin arzularına uyğundur: Əvvəlcə status sonra isə ərazi. Mühüm məsələlərdən biri də odur ki, Uorlikin "amerikan variantı" dərhal böyük Britaniyanın Avropa məsələləri naziri D.Lidinqton tərəfindən dəstəkləndi. Hətta D. Lidinqton bir az da qabağa gedərək, Dağlıq Qarabağı Azərbaycan və Ermənistanla bərabər münaqişənin tərəfi kimi göstərdi. Britaniyanın Avropa məsələləri naziri D.Lidinqtonun Dağlıq Qarabağla əlaqəli mövqeyi Böyük Britaniya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağla əlaqəli mövqeyinin tam ziddinədir. Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Dağlıq Qarabağı azərbaycanlılarının danışıqlar prosesinə qoşulması istiqamətində aktivlik nümayiş etdirir.
Bu arada ermənilər anqlosakson nəzəriyyələrinin xeyrinə reveranslar etdilər. Uorlikin mayın 12-ni gözləmədən "amerikan variantı"nı açıqlaması, Böyük Britaniyanın Avropa işləri üzrə naziri D.Lidinqtonun onu dəstəkləməsi Fransa prezidenti Ollandın Cənubi Qafqaz regionuna səfəri ilə eyni vaxtda düşdü. Olandın Cənubi Qafqaz regionuna səfəri ehtimal ki, ABŞ və Böyük Britaniyada qısqanclıq yaradıb. O da nəzərə alınmalıdır ki, Ollandın Cənubi Qafqaza səfərinin əsas məqsədi Azərbaycanla əlaqələrin inkişafı idi. Ermənistanla Fransa arasında illik mal dövriyyəsi 81,9 milyon dollar olduğu halda Fransa ilə Azərbaycan arasında mal dövriyyəsi 2 milyard dollar hüdudlarındadır. Bu səbəbdən Fransanın əvvəlki prezidentləri J.Şirak və N.Sarkozidən fərqli olaraq Olland Azərbaycana səfər etdi. Ermənistana sonra yola düşdü. Azərbaycanın neft-qaz yataqlarının mənimsənilməsində BP-nin müxtəlif oyunları, TOTAL-la rəqabətləri də nəzərə alınsa mənzərə tam aydın olur. Həm də Olland Ermənistanda açıq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həqiqi həlli tapılmalıdır. Başqa sözlə, Olland açıq mətnlə ermənilərə bildirdi ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsinin həlli hesab etdikləri variant həll variantı deyil. Əsil həll variantı ermənilərin həllindən fərqlənir. 3 iri qərb dövləti arasındakı rəqabət və ya qısqanclıq Rusiyanın lehinə işləyə bilər. İndi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində RF və Fransanın mövqeyi ədalətli, ABŞ və Böyük Britaniyanın mövqeyi isə ermənipərəst kimi görünür".
Diqqətə çatıdırılıb ki, Azərbaycanlı qaçqınların Ermənistana və Azərbaycanı tərk etmiş ermənilərin Azərbaycana qayıtması problem olmamalıdır: "Amerikalı həmsədr C.Uorlikin təqdim etdiyi "amerikan variantı" Dağlıq Qarabağ müzakirələrində aktivlik yaradıb. Azərbaycanda bu aktivlik nisbətən zəifdir və ictimai-siyasi mühitdən kənara çıxmayıb. Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində son vaxtlar yaranmış vəziyyətə çox kəskin reaksiya verdi, eləcə də dünya erməniliyi və onların tərəfdarları müzakirələrə aktiv qoşulublar. Ermənistanda gedən müzakirələrdə bir istiqamət xüsusi diqqət çəkir. Guya həmsədrlər və eləcə də beynəlxalq ictimaiyyət Azərbaycandan qovulan erməniləri unudub, onları geri qaytarmaq barəsində düşünmür. Ermənistandakı bu yeni istiqamət Azərbaycan üçün gözlənilməz deyil. Azərbaycanda Dağlıq Qarabağdan başlanan müharibənin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bizim rəsmi konsepsiyamıza görə 1987-ci ildən başlanan Qarabağ münaqişəsinin ən azı iki müstəvisi və ya iki təbəqəsi mövcuddur. Bunlardan biri Ermənistanla Azərbaycanın arasında tarixən baş verənlər, digəri isə Dağlıq Qarabağın Ermənistan və onun havadarları tərəfindən işğalıdır. Eləcə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantının tərəfdarıdır. Ermənistan bu münaqişəyə Dağlıq Qarabağ münaqişəsi kimi yanaşır və yanaşma variantı isə paket həll variantıdır. Əgər ermənilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini tərkib hissələrinə bölüb, ayrıca götürülmüş bir hissəsini tutaq ki, iki ölkə arasındakı qaçqınların problemini həll etmək istəyirsə, buna Azərbaycanda etiraz edənlər çətin ki tapılsın. Ermənistandan qovulmuş azərbaycanlıların böyük əksəriyyəti kompakt şəkildə Azərbaycanın ərazisində yaşayır. Onlar kompakt şəkildə qovulduğu ərazilərə qayıdıb yaşaya bilərlər. Azərbaycanı tərk etmiş ermənilərin təxminən 80 mini hal hazırda Ermənistanda yaşayır. Qalanı isə əsasən Rusiyanın ərazisində yaşayır. Azərbaycan ərazisini tərk etmiş ermənilərin Azərbaycana qayıtması rəsmi Yerevanı aktiv işə vadar etməlidir. Ermənilərin Bakıya qayıdıb, əvvəlki evlərini tələb etməsi mümkün deyil: Münaqişə başqa münaqişə ilə əvəzlənməməli, həll olunmalıdır Vaxtilə "Ermənikənd" deyilən ərazidə indi yeni binalar tikilib və əhali yaşayır. Lakin çıxış yolu tapmaq mümkündür. Ermənilər Bakıda Ermənikəndi salarkən özləri o dövrün kommunikasiyasının sürəti ilə Bakının mərkəzindən təxminən bir saatlıq uzaqlıqda olan ərazini seçmişdilər. İndi Bakının inzibati sərhədləri içərisində cənub, şimal istiqamətlərində indiki kommunikasiyanın imkan verdiyi bir saatlıq məsafədə ərazi tapmaq mümkündür. Azərbaycan və ya beynəlxalq maliyyə qurumları ermənilərin orada məskunlaşması üçün lazım olan binaların tikilməsinə vəsait ayıra bilərlər. Ermənilər bu məsələni həll etmək fikrindədirlərsə Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistana qaytarılması istiqamətində aktivliklərini artırmalıdırlar. Azərbaycanlıların kütləvi surətdə Ermənistandan qovulması 1987-ci ilin dekabr ayının 25-də Ermənistan SSR-in Quqark rayonundan başlandı".
Qeyd edilib ki, Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər: "Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin çox çalışdığı məsələlərdən biri Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaqdır. Dağlıq Qarabağ ərazisində münaqişəyədək yaşayan 180 min əhalinin 2/3 ermənilər və qeyri millətlər, 1/3 isə azərbaycanlılar olub. Dağlıq Qarabağ erməniləri bu ərazidə avtoxton deyil, gəlmədirlər. Danışdıqları dildə fars və türk qarışıqlarının olması ermənilərin bu əraziyə haralardan gəldiyini göstərir. 60 minlik Dağlıq Qarabağ azərbaycanlısı təbii demoqrafik proseslərin nəticəsidir və avtoxtondurlar. Lakin bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının vəziyyətləri fərqlidir. Dağlıq Qarabağ erməniləri özlərini vəziyyətin sahibi hesab edirlər və belə düşünürlər ki, onlar dövlət qurublar. Ermənistan əgər dövlət kimi mövcud ola bilmirsə, Dağlıq Qarabağda bir ovuc erməninin dövlət qurması gülüş yaradır.
Dağlıq Qarabağ erməniləri işğalçı müharibənin iştirakçısıdır və qalib çələngini ona təqdim ediblər. İşğalçı müharibənin nəticəsini müqəddəsləşdiriblər. Əlahiddə xalq hesab etməklə özlərini bəşəriyyətin qalan millətlərindən fərqləndirmək yolunu seçiblər. Heç millət təhlükəsizlik zonası tələb etmir. Müasir dünyada bu irqçiliyin ən bariz nümunəsidir. Avropanın iri dövlətlərinin tarixi müharibə tarixidir. Fransa ilə İngiltərə 100 illik müharibə tarixinə malikdir. Almaz faşizmi həm Britaniya, həm də Fransanın başına olmazın oyun açdı. Amma orada heç kim təhlükəsizlik kəməri yaratmağı tələb etmədi. Belə müstəsnalıq tələb etmək yalnız ermənilərə məxsusdur. Bu isə hədsiz çox geri qalmışlığın və rasizmin nəticəsidir.
Dağlıq Qarabağdakı ermənilərin "nailiyyət" hesab etdiyi məsələlərdən biri də onların müstəqillik referendumu keçirmələridir. Bu referendum azərbaycanlıları deportasiyası ilə müşayiət olunduğu üçün legitim sayıla bilməz. Həm də Dağlıq Qarabağ erməniləri Ermənistana birləşməyin mümkün olmadığını başa düşdükdən sonra "müstəqillik yolunu tutdular".
Bütün bu ağır cinayətlərdən ötrü Ermənistan və Dağlıq Qarabağdakı ermənilər cəzalandırılmalı olduqları halda, rahatdırlar və "xüsusi statuslu cinayətkar" kimi qalmaqda davam edirlər.
Dağlıq Qarabağ azərbaycanlıları əsasən zəhmətkeş insanlardan ibarət olub. Çar Rusiyası erməniləri ora köçürəndə yerli azərbaycanlıların zəhmətkeşliyini və tolerantlığını nəzərə almışdı. Sonda bu xüsusiyyətlər oradakı azərbaycanlıların başına bəla oldu. Gəlmə ermənilər onları deportasiyaya məruz qoydular.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi reallığı nəzərə almağı tələb edir. Reallıq isə odur ki, 150 ildən çoxdur ki, Dağlıq Qarabağ erməniləri bu ərazidə yaşayır və yaşamalıdır. Dağlıq Qarabağ azərbaycanlıları bu ərazilərə qayıtmalıdır.
2009-cu ildə İtaliyanın Akvil şəhərində ATƏT MQ həmsədr ölkə prezidentlərinin qəbul etdikləri Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyi göstərilir. Ermənilərin iddia etdiyi kimi "Dağlıq Qarabağ erməniləri" və "Dağlıq Qarabağ xalqı" yox, məhz Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Dağlıq Qarabağın əhalisi Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə məcmuyu nəzərdə tutulur. Aralıq statusun da Dağlıq Qarabağ ermənilərinə verilməsinin əsas mahiyyətlərindən biri də Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına, birgə yaşayışa şərait yaratmaqdan ibarətdir.
Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsində iştirakı ermənilərin özlərindən asılıdır; Dağlıq Qarabağdan deportasiya olunan azərbaycanlılar Dağlıq Qarabağa qayıdan andan etibarən Dağlıq Qarabağın əhalisinin təmsilçiləri danışıqlar prosesinə qatıla bilər. Hətta hər iki icma tənzimləmə prosesinin tam məsuliyyətini öz üzərlərinə götürə bilərlər. Azərbaycan konstitutsiyası Azərbaycan vətəndaşlarına geniş hüquqlar verir.
Vurğulanıb ki, Dağlıq Qarabağ ermənilərinin təbii qazla təminini geosiyasətlə toqquşa bilər: "Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin mövqelərinin iflası təkcə ATƏT MQ müstəvisində baş tutmadı. Gömrük İttifaqı Dağlıq Qarabağ məsələsində ermənilərin mövqeyini rədd etdi. Gömrük İttifaqı da Dağlıq Qarabağ məsələsində ermənilərin arzusunu gözündə qoydu. Avrasiya İqtisadi Komissiyanın İnkişaf və İnteqrasiya departamentinin beynəlxalq qarşılıqlı təsir şöbəsinin rəisi A.Azarov Moskva-Minsk-Astana-Yerevan telekörpüsündə bildirdi ki, Ermənistanın Gömrük İttifaqına üzvlüyü bu ölkənin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində baş tutacaqdır. Başqa sözlə, Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında Sərhəd-gömrük məntəqələri qurulmalıdır. Qazaxıstanın həm telekörpüdə iştirak edən təmsilçiləri də Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın mövqeyinin əleyhinə çıxdılar. İyunun 1-dən etibarən Ermənistan hər an özünün xarici sərhədlərində gömrük postları ilə rastlaşa bilər. Amma bu təkcə deyil. Rusiya Ermənistanın sərhədlərini çoxdan müəyyənləşdirmək və həmin sərhədlər daxilindəki Ermənistana təhlükəsizlik təminatı vermək planlarına malikdir. Eləcə də Rusiya ilə Ermənistan arasında imzalanmış qaz müqaviləsində də Rusiyanın razılığı olmadan Ermənistanın həmin qazı ölkə sərhədindən çıxarmağa ixtiyarı yoxdur. Beləliklə, iyunun 1-dən etibarən Rusiyanın Ermənistana nəql etdiyi qaz Ermənistanın ərazisindən kənara çıxacaqsa, buna Rusiya məsuliyyət daşıyır. İndiki dövrdə Rusiyanın Azərbaycanın əleyhinə addımlara getməsi mümkün deyil, ona görə müəyyən müddət pauza verildikdən sonra Ermənistandan tələb olunacaq ki, Rusiya qazının Ermənistandan kənara- Dağlıq Qarabağa nəqlinin qarşısı alınmalıdır. Müəyyən müddət pauza dedikdə bir neçə ay nəzərdə tutulur. Çox böyük ehtimalla qarşıdan gələn qışda Dağlıq Qarabağ Rusiyadan gələn qazdan məhrum olacaq. Bu isə artıq Dağlıq Qarabağda yeni vəziyyətin yaradılması deməkdir. Dağlıq Qarabağ erməniləri bu vaxtadək apardıqları siyasətin puç olduğunu başa düşəcəklər, yaranmış panik vəziyyət Ermənistana və dünya ermənilərinə də təsir edəcəkdir. Bir məsələni xüsusi olaraq qeyd edək ki, bu ərəfədə İran qazının Dağlıq Qarabağa nəql olunması mümkün deyil. Əvvəla İranın və Ermənistanın özünün qaz nəqli infrastrukturu yoxdur, Ermənistandakı qaz kəmərləri şəbəkəsi Rusiyaya məxsusdur. Rusiyanın imzaladığı qaz müqaviləsində bu da nəzərdə tutulub. İkincisi, rəsmi Bakı ilə münasibətlərə ciddi ehtiyac duyan rəsmi Tehranın indi belə addıma getməsi mümkün deyil. Həm də İran Ermənistandakı layihələrini dayandırmağa başlayıb. Dağlıq Qarabağ erməniləri qışda təbii qazla təmini yalnız bir halda mümkündür-Azərbaycan öz ərazisində Rusiya qazının tranzitinə icazə verməlidir. Bu mümkün variantdır. Azərbaycanla RF arasındakı münasibətlər Rusiya qazının indiki infrastruktur vasitəsilə Dağlıq Qarabağa nəqlinə müvəqqəti razılaşmasının əldə olunmasına imkan verir. Ermənistan Dövlət gəlirləri komitəsinin yaydığı məlumatda "naməlum ölkə"yə qaz eksportundan danışılır. Dağlıq Qarabağa "naməlum ölkə" adı ilə indi qaz eksport edə bilsələr də, yaxın gələcəkdə bu mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB