Bu gün Ukrayna silahlı qüvvələri tәrәfindәn mühasirәyә salınan Slavyansk şəhərinin yaxınlığında keçirilәcәk referendum әrәfәsindә təhlükəsizlik qüvvәlәri ilə separatçılar arasında qarşıdurma baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, separatçılardan bir nəfərin verdiyi xəbərdə bildirilir ki, Slavyanskın yaxınlığında yerlәşәn hərbi birlәşmәlәr, şәhәrin girişindә separatçılara ağır texnikalar ilә hücum tәşkil ediblәr. Hadisədə insan tәlәfatı olub.
Rəsmi mәnbәlәrin açıqlamasında isә Slavyansk şәhәrinin girişinə istiqamәtli əməliyyat hәyata keçirildiyi, separatçıların himayәsindә olan silahlı bir qrupun üzvlәrinin tutulduğu, bu şәxslәrin referendumda istifadə edilməsi üzrə 100 mindən çox səs kompasını şəhərə gətirdikləri qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB