Prezident Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

Sonra Prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə