Qarabağ ərazisində Suriyadan köçən ermənilərin yerləşdirilməsi məsələsi araşdırılacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Suriyadan köçmüş ermənilərin yerləşdirilməsi məsələsini araşdıracaq. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir bildirib ki, may ayının ortalarında həmsədrlər Ermənistana, işğal altındakı Dağlıq Qarabağa və Azərbaycana səfər edəcəklər: "Həmsədrlər Dağlıq Qarabağdakı vəziyyətlə tanış olmaq istəyirlər. Bilirsiniz ki, Suriyadakı xoşagəlməz hadisələrə görə oradakı bəzi ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşıblar. Mən ATƏT sədrinə bununla bağlı rəsmi məktub ünvanladım və xahiş etdim ki, faktaraşdırıcı missiya bu məsələni araşdırmaq üçün Qarabağa səfər etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB