"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilib YENİLƏNİB

"Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilib YENİLƏNİB

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağı "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov, İcra katibinin müavinləri- millət vəkilləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova və digər rəsmi şəxslər iştirak edib.

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini Əli Əhmədov bildirib ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, Ümumilli Liderin layiqli davamçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır".

YAP-ın Sədr müavini deyib ki, Heydər Əliyevin ideyaları, siyasəti bu gün də Azərbaycana, Azərbaycan xaqlına xidmət edir, xalqımız və dövlətimiz bu siyasətin həyata keçirilməsinin faydalarını görür: "Məhz bu mənada Azərbaycan vətəndaşları Heydər Əliyevin doğum gününü həmişə yüksək təmtəraqla qeyd edirlər. Heydər Əliyev Azərbaycan müstəqilliyini qazandıqdan sonra Yeni Azərbaycan yaratmağa başladı. Hər birimiz üçün yeni cəmiyyət modeli gözəl aydındır. Bu yeni cəmiyyətdə Heydər Əliyev prinsipi mövcuddur. Azad cəmiyyət, vətəndaşlıq cəmiyyəti, tolerantlıq bu prinsiplərə aid edilə bilər. Heydər Əliyev yeni Azərbaycanı yaradanda sosial ədalət onun üçün hər şeydən əvvəl gəlirdi. Müasir Azərbaycan cəmiyyəti ümümbəşəri dəyərlərə söykənir. Vətəndaş üçün hər bir yaxşı şəraitin yaradılması hökumət üçün vacib məsələlərdən biridir".

Daha sonra AMEA-nın prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə çıxış edərək deyib ki, bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs üzrə sürətlə inkişaf edir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən bir ölkədir. Sosial-iqtisadi tərəqqi ölkəmizdə elm və təhsilin, mədəniyyətin inkişafına da ciddi təsir göstərir. Bu istiqamət ölkə başçımız cənab İlham Əliyevin də intellektual inkişaf modelinə əsaslanan siyasətinin əsas prioritetlərindən biridir. Belə bir siyasətin nəticəsidir ki, ölkədə yüksək keyfiyyətli intellektual insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilib".

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunduğu ilk illərdə Ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf istiqamətini müəyyənləşdirdi: "Heydər Əliyev iqtisadiyyatın yenidən qurulmasına, iqtisadi inkişafın demokratiya ilə paralel aparılmasına zəmin yaratdı. O, demokratiyanın inkişafında qərb dövlətlərinin demokratik dəyərlərindən istifadəni də vacib hesab edirdi. O, eyni zamanda demokratikləşməni milli mənəvi dəyərlərimizin qorunması çərçivəsində aparılmasına çalışırdı. Ulu öndər müasir tələblərə cavab verən konstitusiyanın qəbul olunmasına da xüsusi önəm verirdi. Buna görə də o, konstitusiyasının hazırlanmasında demokratik dəyərlərin, insan hüquq və azadlıqların nəzərə alınmasını vacib sayırdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dövləti üçün azad və demokratik seçkilərinin keçirilməsi də olduqca vacib idi. Buna görə də Heydər Əliyev demokratiyanın inkişafında plüralizm modelinin qurulmasını bir çox məruzələrində qeyd edib. Müasir dünyanda plüralizmin inkişaf etməsində siyasi partiyaların da rolu böyükdür. Təsadüfi deyil ki, hazırda respublikamızda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Demokratiya ümumbəşəri sərvətdir. Demokratiyanın təşəkkül tapması üçün iqtisadiyyatın, elmin inkişafı vacibdir. Azərbaycan da iqtisadiyyat və bir çox sahələrdə sahəsində dünyanın qabaqcıl ölkələrinə çevrilib".

"21-ci əsrin sonlarında Şərqi Avropada baş verən dəyişikliklər demokratiya quruculuğuna yol açdı". Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxışı zamanı deyib: "Azərbaycanın keçdiyi inkişaf yoluna nəzərə salsaq, 90-cı illərin əvvəllərində baş verən siyasi böhran göz önünə gəlir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20% torpaqları işğal olunub. Belə bir anda Heydər Əliyev xalqın imdadına yetişdi. O dövrdə cəmiyyəti, ölkəni belə bir ağır vəziyyətdən çıxarmağa lider lazım idi. Azərbaycanı belə ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın borcudur. Müstəqillik illərində Azərbaycan beynəlxalq qurumlara qəbul edildi. Bu gün Azərbaycanda ailə modeli dünyada ən uğurli modellər sırasındadır. Azərbaycan qadını çətin və şərəfli inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadınları gördükləri işlərlə heç də kişilərdən geri qalmayıb. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qadınların cəmiyyətdə rolu artdı".

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və digərləri çıxış edərək Ümummilli Liderlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildöünümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət edərək, məzarı üstünə əklil və gül çiçəklər düzülüb. Sonra qonaqlar oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə