Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşüblər

Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri görüşüblər

Bu gün Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah Gülün və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin üçtərəfli görüşü olub.

SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Tbilisi Sammitinin münasibətlərimizin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında həyata keçirilən qlobal layihələrin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə