Azərbaycan Diplomatik Akademiyasında "AİESEC Azərbaycan" Beynəlxalq Tələbə Gənclər Təşkilatı tərəfindən "Youth to Business" forumu təşkil olunub. SİA-nın məlumatına görə, "Youth to Business" forumu gəncləri və biznes dünyasını əlaqələndirən unikal bir forumdur. Tədbirdə əsas diqqət gənclərə kitablarda oxuya bilmədikləri, yalnız professionallardan öyrənə biləcəkləri haqqında məlumatlar verilib.
Tədbir eyni zamanda kampaniyalar üçün özlərini təqdim etmək və bacarıqlı, inkişafa maraqlı, savadlı və maraqlı ideyaları olan gənclərlə əlaqə qurmaq üçün yaxşı bir fürsət olub. Forum üç fərqli mövzunu əhatə edib: sahibkarlıq, dayanıqlı iqtisadi inkişaf və innovasiya. Bu istiqamətlər üzrə hər bir iştirakçı xarici və yerli spikerlər tərəfindən icra olunan 2 treninq kursunda iştirak edib. Bu, Azərbaycanda gənclərlə korporativ dünyanın ən professional və uğurlu fiqurlarını birləşdirən ilk layihədir.
"Youth to Business" Forumu daha əvvəllər dünyanın bir sıra ölkələrində keçirilib. Digər bir üstünlük isə tədbirdən sonra CV-lərin toplanaraq tərəfdaş şirkətlərə göndərilməsindən ibarət olub. Tədbirin tərəfdaşları Golden Pay, P World Azərbaycan, Bruketa&Žinić OM, High-Tech Park Azerbaijan, HRC və SİA kimi yerli və beynəlxalq şirkətlər olub. "Youth to Business 2" Forumunun orator-u uğurlu sahibkar Tahir Gözəl, öz mükəmməl çıxışı ilə bütün forum iştirakçıların marağına səbəb olub.
Mərasim zamanı aşağıda adı çəkilən şəxslər çıxış ediblər:
Camilla Solberg - AIESEC Azərbaycan Təşkilatının Prezidenti;
Aydan Əliyeva – "Youth to Business 2" Forumunun Təşkilat Komitəsi Prezidenti;
Rəhman Şahhüseynli – ADA Universitetinin Beynəlxalq Proqramlar üzrə meneceri;
Tahir Gözəl – "Middle-East Petroleum"-un vitse-prezidenti;
Qeyd edək ki, SİA.az tədbirin media tərəfdaşıdır.
"Youth to Business" Forumu haqda ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://azerbaijanY2B.com
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB