Əli Hüseynli: "Leyla Yunusun 100 minlərlə pulu nəğdləşdirməsinin iştirakçılarından biri də korrupsiyadan danışan Rənadır" Münasibət
"Təəssüf ki, bəzən bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatları, eləcə də mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumat və materiallar dərc olunur. Təbii ki, həmin məlumatların əksəriyyətinin heç bir əsası yoxdur". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabat layihəsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycan parlamenti hakimiyyət qollarından biri kimi ölkənin ictimai-siyasi, eləcə də qanunvericilik həyatında mühüm rol oynayır: "Parlament açıq və şəffaf, eləcə də ictimaiyyət üçün açıq olan orqandır. Burada istənilən məsələləri müzakirə etməyə hazırıq. Təəssüf ki, bir neçə gün bundan əvvəl "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi parlamentin işi ilə bağlı hesabat layihəsi dərc edib. Həmin hesabatın parlamentə aid olan hissəsində yalan, böhtan və qərəz dolu məlumatlar yer alıb. Hesabat hazırlamağın ümumi texnologiya ondan ibarətdir ki, mütləq əvvəlcədən haqqında yazılan həmin təşkilata məlumat verilsin. Şəffaflıq proseslərini pozmaqda, hər hansı bir korrupsiya hallarına yol verməkdə hökuməti ittiham edən bu təşkilatın rəhbəri Rəna Səfərəliyevanın özü Azərbaycan dövlətçiliyi əleyhinə yönələn başqa korrupsiya faktını yerinə yetirir. Hər kəsə məlumdur ki, erməni əsilli kəşfiyatçıları ilə əlaqədə suçlanan Leyla Yunusun külli miqdarda, 100 minlərlə pulu nəğdləşdirməsının iştirakçılarından biri də korrupsiya və mübarizədən danışan Rənanın özü olub. Hesab edirəm ki, onların baş ofisi Azərbaycandakı təşkilatlarla əməkdaşlığı dayandırılmalıdır. Azərbaycan parlamentariləri isə həmin təşkilatın heç bir tədbrinə qatılmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB