Aydın Hüseynov: "Prezident lazımi məqamda, faktlara söykənərək Sarkisyanı susdurdu" MÖVQE

Aydın Hüseynov: "Prezident lazımi məqamda, faktlara söykənərək Sarkisyanı susdurdu" MÖVQE

"Ermənistan prezidenti Serj Sarkisyan Prqadada baş tutan "Şərq tərəfdaşlığı" sammitində öz çıxışını demək olar ki, qondarma "erməni soyqırımı" ilə bağlı sərsəm mülahizələrə, eləcə də Türkiyəyə qarşı yönəltdi. Bu, bir daha göstərdi ki, Ermənistan rəhbərliyi növbəti dəfə öz işğalçılıq siyasətini bu kimi qeyri-ciddi faktorlarla ört-basdır etməyə cəhd edib". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycan Prezidentinin çıxışına münasibət bildirərkən deyib.

Aydın Hüseynov qeyd edib ki, qardaş Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla istənilən siyasi məsələdə xainlik, rəzillik simvolu olduğunu sərgilədi: "Lakin ölkəmizin başçısı İlham Əliyev cənabları lazımi yerdə, lazımi məqamda, faktlara, dəlillərə əsaslanaraq Sarkisyanı yerinə otuzdurdu və onu susdurdu. Əbəs yerə deyil ki, Cənab İlham Əliyev Azərbaycanın sammitdə iştirak etdiyini Ermənistan prezidentinin nəzərinə çatdırdı və sözügedən tədbirdə iştirak etməyən qardaş Türkiyənin təəssübünü çəkərək müvafiq, qətiyyətli və kəskin cavabını da verdi. Sübut olundu ki, Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamı yalnız sözdə deyil, əməldə də özünü təsdiq edib. Azərbaycan Prezidenti xatırladıb ki, Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Həmin hadisədən əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. İşğalçılar ümumilikdə Azərbaycanın 7 rayonunu işğal ediblər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir".

YAP rəsmisi eyni zamanda vurğulayıb ki, Ermənistan hakimiyyəti, xüsusilə, Serj Sarkisyan məhz bu cavabdan sonra nokaut vəziyyətinə düşdü. Çünki onların verəcəkləri cavab əslində heç vaxt olmayıb: "Bu baxımdan, Cənab Prezident İlham Əliyev BMT-nin, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələri xatırladaraq, onların da müvafiq addımlar atmalarını tələb edir. Təəssüf ki, ikili standartlarla çıxış edən bəzi beynəlxalq təşkilatlar hələ də gözləmə mövqeyindən çıxış edərək, işağlı Ermənistana siyasi sanksiyalar tədbiq etmirlər. Bu amil isə Sarkisyanın dilini uzun edir. Ancaq Azərbaycan başda Prezident İlham Əliyev cənabları olmaqla, daim öz haqq səsini qaldıracaq, ədalətin bərpa olunmasına nail olacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə