Tahir Kərimli: "Leyla Yunusun fəaliyyəti ciddi şəkildə araşdırmalıdır"
"Bu yaxınlarda Leyla Yunus mətbuata verdiyi müsahibəsində demişdi ki, Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun xətti ilə dəfələrlə Ermənistana səfərlər edib. Düşünürəm ki, istintaq orqanıda bu məsələni ciddi şəkildə araşdırmalıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli Leyla Yunusun Rauf Mirqədirovu dəstəkləməsinə münasibət bildirərkən deyib.
Tahir Kərimli bildirib ki, əgər R.Mirqədirov məsuliyyətə cəlb olunubsa və L.Yunusun özü də etiraf edibsə ki, R.Mirqədirov Ermənistana mənim xəttimlə gedib, onda istintaq ciddi şəkildə araşdırma aparmalıdır: "Belə ki, onların Ermənistandakı müəyyən qüvvələrlə nə dərəcədə əlaqələri olub. Yəni, R.Mirqədirovla bağlı araşdırmalar istintaq tərəfindən ciddi şəkildə aparılmalıdır. Eyni zamanda Leyla Yunusun fəaliyyəti ciddi şəkildə araşdırmalıdır".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB