“Tarixdə bu həftə” və “Şəxsiyyətlərimiz” layihələrinə start verildi
Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyətinin tələbələrə tanıdılması üçün "Şəxsiyyətlərimiz" həftə ərzində olan tarixi günlər barəsində isə "Tarixdə bu həftə" layihələrinə start verilib. SİA-nın məlumatına görə, "Şəxsiyyətlərimiz" layihəsi çərçivəsində 50 –yə yaxın görkəmli şəxsiyyətin avtobioqrafiyası, öz sahəsində qazandığı uğurlar barəsində posterlər hazırlanıb. "Tarixdə bu həftə" layihəsində isə həftə ərzində baş vermiş əlamətdar günlər barəsində məlumatların posterləri hazırlanıb.
Nəzərinizə çatdıraq ki, təhsil müəssisələrində yerləşdiriləcək xüsusi stendlərdə asılacaq posterlər hər həftə yeniləniləcək.
Qeyd edək ki, bu həftə ərzində Yusif Məmmədəliyevin həyatı və fəaliyyətini özündə əks etdirən poster təhsil müəssisələrində yerləşdirilib. 21-26 aprel tarixlərində isə təhsil müəssisələrində görkəmli azərbaycanlı alim Lütfi Zadə haqqında analoji posterlər yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB