Tural Abbaslıdan Milli Şura üzvünə sərt cavab

“Vidadi Mirkamalın məsləhətlərinə ehtiyacımız yoxdur”
Tural Abbaslıdan Milli Şura üzvünə sərt cavab

"Müsavat Partiyası nə Milli Şuranın Koordinasiya Şurası üzvlərinə, nə də ki sadə üzvlərə hesabat vermir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın Müsavat Partiyasını fəaliyyətsizlikdə suçlamasına münasibətini bildirərkən dedi.

Vidadi Mirkamalın Müsavat Partiyası haqqında bilgisiz olduğunu deyən Tural Abbaslı əslində Milli Şuranı fəaliyyətsizlikdə ittiham etdi: "Bu barədə Vidadi Mirkamalın informasiyasının olmaması təbii haldır. Milli Şura hansı uğurlara imza atıb ki, Müsavat partiyası orada iştirak etməməklə hansısa siyasi divident itirsin? Biz öz fəaliyyətimizi bu və ya digər qurumlarla bağlamırıq. Özümüzün fəaliyyət proqramımız var. Odur ki, Vidadi Mirkamalın məsləhətlərinə ehtiyacımız yoxdur".

Qeyd edək ki, ötən gün Müsavat Partiyasının Məclis toplantısında partiyanın başqanı İsa Qəmbər rəhbərlik etdiyi partiyanın Milli Şuranı tərk etməsinin düzgün qərar olduğunu demişdi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə