Elçin Mirzəbəyli: “Ukrayna bu cür cəsarətsiz addımlarını davam etdirəcəksə Rusiya onun bütün ərazisini də işğal edə bilər ”
"Ukraynada baş verən proseslərin nəticələri haqqında öncədən fikir söyləmək çox çətindir. Çünki proseslərin bundan sonrakı inkişafı haqqında real bir mərhələ yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli həmin ölkədə baş verən hadisələrə münasibət bildirərkən söyləyib.
"Təbii ki, Qərb dövlətlərinin dəstəyi ilə hakimiyyətə gəlmiş Ukrayna müxalifətinin zəifliyi Rusiyanın öz separatçılıq addımlarını daha da gücləndirməyə sövq edir"-deyən politoloq onu da qeyd etdi ki, cəsarətsiz yanaşma davam etdiriləcəksə son nəticədə Ukraynanın məğlubiyyəti baş verəcək: "Heç şübhəsiz Ukrayna bu cür cəsarətsiz addımlarını davam etdirəcəksə Rusiya onun bütün ərazisini də işğal edə bilər. Ukrayna həm də ona görə məğlub ola bilər ki, Qərb liderləri əməlsiz, boş bəyanatlarını davam etdirir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB