Nazir Meksikaya səfər edəcək

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu "Böyük iyirmilik"lərin üzvlәrindәn olan Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyadan ibarət MİKTA qrupunun iclasına qatılmaq üçün Meksikaya gedir. SİA-nın məlumatına görə, yerlәşdiklәri bölgədә tәsirli olan 5 ölkənin iştirakı ilә tәşkil edilәcәk iclasda qlobal problemlər vә yeni əməkdaşlıq imkanları müzakirə ediləcək.

Beynəlxalq problemlər qarşısında bәnzәr siyasәt izlәyәn 5 ölkәnin iştirakı ilә baş tutacaq platformanın mәqsәdi regional və qlobal problemlərə həll yolları tapmaq, zәrurәt olan islahatlar hәyata keçirmәk, 5 ölkә arasındakı ikitərəfli əlaqələri inkişaf etdirimәkdir. İclasda ortaq bəyannamə qәbul edilәcәyi də ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə