Zakir Həsənov İrana rəsmi səfər edəcək

Zakir Həsənov İrana rəsmi səfər edəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə 14-15 aprel tarixlərində İran İslam Respublikasına rəsmi səfər edəcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə