MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planı razılaşdırılıb

MDB-yə üzv dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planı razılaşdırılıb

Bakıda keçirilən MDB Baş Qərargah rəisləri Komitəsinin Bakıda keçirilən iclası başa çatıb. SİA-nın məlumatına görə, Bakıda MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasının yekunlarına həsr olunan brifinqdə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib ki, MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında iştirak edən dövlətlər əməkdaşlıq əlaqələri əsasında hərbi sahədə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi üçün MDB dövlətlərinin 2020-ci ilə qədər olan dövrdə hərbi əməkdaşlığının inkişafına konseptual yanaşmaları bəyəniblər.

V.Gerasimov bildirib ki, bugünkü iclas MDB dövlətlərinin Silahlı qüvvələrinin Baş Qərargahları arasında hərbi əməkdaşlığın və münasibətlərin, etimadın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi yollarında atılan daha bir konkret addımdır: "MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında qəbul edilən qərarlar ümumi, regional və milli maraqlar nəzərə alınmaqla qarşılıqlı tərəfdaş fəaliyyəti formatında çoxtərəfli hərbi əməkdaşlıq sistemlərinin inkişafına yönəlib. Görüş zamanı MDB ölkələri Baş Qərargah rəisləri hərbi təyinatlı birgə sistemlərin sonrakı inkişafı, vahid dövlət radiolokasiya tanınma sisteminin təkmilləşdirilməsi, eləcə də MDB-nin iştirakçısı olan ölkələrin Müdafiə nazirliklərinin radiasiya, kimya və bioloji vəziyyətinin qiymətləndirilməsinin birləşdirilmiş nəzarət sisteminin inkişafı ilə bağlı məsələlərin geniş kompleksini müzakirə ediblər".

Onun sözlərinə görə, Baş Qərargah rəisləri Komitəsi minalardan təmizləmə məsələlərinin humanitar əhəmiyyətini tanıyaraq dövlətlərin humanitar minalardan təmizləmə məsələlərinin icrası dövründə silahlı qüvvələrinin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında sazişin layihəsini uyğunlaşdırıblar, həmçinin humanitar minalardan təmizləmənin birgə mühəndis batalyonu haqqında məsələyə baxıblar: "MDB Baş Qərargah rəisləri Komitəsinin iştirakçıları qeyd ediblər ki, birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlıq prioritet istiqamətləri Birlik dövlətlərinin hava hücumundan müdafiə sahəsində aparılan tədqiqatlar və MDB SQ-nin marağında geoloji məkan sahəsində informasiya mübadiləsidir. Baş qərargah rəhbərləri 2015-ci il üzrə MDB SQ birgə tədbirlər planını və MDB dövlətləri hərbi qulluqçularının qurumun səhra (hava, dəniz) təlim yarışlarının təşkilini razılaşadırıblar. Eləcə də MDB SQ hərbçiləri ilə Rusiya Federasiyası SQ-nin "Açıq su" ponton-daşıma sistemi bölmələrinin hərbi qulluqçuları arasında ümumordu yarışının keçirilməsi təklif edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə