Avropa Şurasının ölkəmizə təyin olunan yeni nümayəndəsi Bakıya gəlib
Avropa Şurası baş katibinin Azərbaycana yeni təyin olunan xüsusi nümayəndəsi, xanım Dragana Filipoviç Bakıya gəlib. Bu barədə SİA-ya Avropa Şurasının Bakı ofisindən məlumat verilib. D. Filipoviç artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, D. Filipoviç Belqradda anadan olub. Diplomatik karyerasına 1988-ci ildə başlayıb, BMT-də çalışıb. 2001-ci ildə Serbiyanın ABŞ-dakı səfirliyində işləyib. Serbiyanın Avropa Şurasında daimi nümayəndəsi olub.
Xatırladaq ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos təqaüdə çıxıb və 2012-ci ilin avqustunda Bakını tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB