Ann Brassör: “AŞPA-nın növbəti sessiyasında Prezident İlham Əliyevin çıxışı gözlənilir”

Ann Brassör: “AŞPA-nın növbəti sessiyasında Prezident İlham Əliyevin çıxışı gözlənilir”

"Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi həm Azərbaycan, həm də Avropa Şurası üçün olduqca vacibdir". SİA-nın Avropa müxbirinin verdiyi məlumata görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör qurumun yaz sessiyasından qabaq keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi vacib olduğu kimi o qədər də asan keçməyəcək: Azərbaycanın sədrliyi ölkəniz və təşkilatımız üçün o qədər də asan keçməyəcək. Çünki ortada müzakirə ediləcək və aydınlaşdırmalı bir çox məsələlər var".

Ann Brassör qeyd edib ki, Azərbaycan AŞPA-da sədrlik edəcəyi zaman Prezident İlham Əliyev sessiyada çıxış edəcək: "Assambleyanın ənənələrinə uyğun olaraq Azərbaycanın Avropa Şurasındakı sədrliyi zamanı keçirəcəyimiz ilk sessiyamıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəvət etmişəm. Azərbaycan Prezidenti də öz növbəsində bu dəvətimizi qəbul edib. AŞPA-nın iyun ayında keçiriləcək növbəti yay sessiyasında Prezident İlham Əliyevin assambleya qarşısında çıxışı gözlənilir".

Şahin Abbassov

Bütün xəbərlər Facebook səhifəmizdə