Pənah Hüseyn: “Xüsusi təşkilatın yaradılması gündəmdə deyil”

Pənah Hüseyn: “Xüsusi təşkilatın yaradılması gündəmdə deyil”

"Bu mütləq bir təşkilat kimi nəzərdə tutulmur. Bu məsələ ilə bağlı hərəkat sözünü hərəkət sözü kimi də başa düşmək olar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn mətbuatda onun "Müqavimət hərəkatı" adlı yeni qurum yaratmaq niyyətində olmasına münasibətini açıqlayarkən deyib.

AXP sədri eyni zamanda qeyd edib ki, bu kimi fikirlər səsləndirilsə də, əslində, yeni hərəkatın yaradılması gündəmdə deyil: "Ümumiyyətlə bunun bir təşkilat kimi də yaradılması prsesin gedişində nəzərdə tutula bilər. Həm də ən azı bir məslətləşmələr aparılması da nəzərdə tutula bilər. Lakin xüsusi bir təşkilat yaranması gündəmdə deyil. Başqaları isə bunu bir təşkilat kimi də nəzərdə tuta bilər".

Qeyd edək ki, mətbuatda Pənah Hüseynin hərəkat yaratmaq niyyətinin onun 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməsi iddiası ilə əlaqələndirildiyi bildirilir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə