Fuad Qəhrəmanlı: “Mənə az da olsa hörmət edirlər, Sərdar Cəlaloğlunu isə sayan yoxdur”

Fuad Qəhrəmanlı: “Mənə az da olsa hörmət edirlər, Sərdar Cəlaloğlunu isə sayan yoxdur”

"Sərdar Cəlaloğlu məni önəmli insan hesab etməyə bilər. Özü bilsin. Lakin onun tutduğu mövqe cəmiyyət tərəfindən hörmətlə qarşılanmır". SİA xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ADP sədri Sərdar Cəlaloğlunun onu önəmli adam hesab etməməsi fikrinə münasibət bildirərkən söyləyib.

Fuad Qəhrəmanlının sözlərinə görə, Sərdar Cəlaloğlu bu vasitə ilə öz faciəsini tərənnüm etdirir: "Sərdar bəyin faciəsi ondan başlayıb ki, o heç kim tərəfindən qəbul olunmur. Sərdar bəyin fikirləri maraqla izlənilmir, qəbul olunmur, dəyər verilmir. Bu isə onun faciəsidir. Mənə az da olsa hörmət edirlər, amma ona heç hörmət edən də yoxdur".

Xatırladaq ki, son günlər ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP və Milli Şura arasında qalmaqal yaşanır və bu qalmaqalın səbəbi partiya sədrinin qurumu ciddi qəbul etməməsi ilə bağlı verdiyi kəskin açıqlamalarıdır.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə