Türkiyə BMT TŞ-ya üzv seçilə bilmək üçün təşəbbüslərini davam etdirir
Türkiyə 2015-2016-cı illərdə BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilə bilmək üçün təşəbbüslərini davam etdirir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın New York şəhərində görüşlər keçirib. 80-dən artıq ölkənin nümayəndələri ilə görüşən Davudoğlu üzvlük barədə ümidvar olduğunu bildirib.
Nazir öncə Mədəniyyətlər İttifaqı Dostlar Qrupunun nümayəndələrilə bir araya gəlib. Sonra isə Ə.Davudoğlu Karib hövzəsi birliyinə üzv ölkələrin daimi nümayəndələri, Afrika birliyi missiyasında Afrika Qrupu daimi nümayəndələri və Pasifiq Ada Dövlətlərinin daimi təmsilçiləri ilə görüş keçirib.
Davudoğlu görüşlərdə 80-dən artıq ölkənin nümayəndəsinə, Türkiyənin Təhlükəsizlik Şurasına üzv olacağı təqdirdə dünya sülhünə verəcəyi dəstəyi şərh edib.
Qeyd edək ki, Türkiyənin rəqibləri Yeni Zelandiya və İspaniyadır. Üzvlük üçün səsvermə oktyabr ayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB