Müsavatçı fəalların sosial şəbəkələrdə və mətbuatda AXCP sədri Əli Kərimliyə qarşı apardıqları virtual savaşa cəbhə sədrinin müavini Fuad Qəhrəmanlıdan cavab gəlib. AXCP-nin sədr müavini Əli Kərimlinin rəhbərlik etdiyi partiya sədrliyindən istefa verərək, siyasi fəaliyyətini dondurması ilə bağlı yazılanlara münasibət bildirərkən deyib ki, Əli Kərimli partiya sədridir və istefa verməyib: "Bu məlumatı yayanların arzuları gözlərində qalacaq və AXCP mövcud olduqca Əli Kərimli onun sədri olacaq. Əli Kərimlinin istefa etməsi ilə bağlı danışılanlar uydurmadır".
Xatırladaq ki, Müsavat Partiyasının bir sıra fəalları AXCP sədri Əli Kərimlinin partiya sədrliyindən istefa verəcəyi və fəaliyyətini donduracağı ilə bağlı fikirlər səsləndiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB