Əli Həsənov: “Biz soydaşlarımızı, gənclərimizi torpaqlarımızı azad etməyə çağırmalıyıq”
"Hesab edirəm ki, artıq ağlamaq əvəzinə soydaşlarımızı, gənclərimizi torpaqlarımızı azad etməyə çağırmalıyıq". SİA-nın məlumatına görə, bunu bu gün Kəlbəcərin işğalı ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Baş nazirinin müavini deyib ki, əgər Ermənistan tərəfi sonsuzluq kimi qeyri-konstruktiv mövqe nümayiş etdirsə, cənab Prezident İlham Əliyev bununla lazımi addımlarını atacaq: "Ölkə başçısı dəfələrlə deyib ki, Ermənistan bütün dünya üçün təhlükədir. Əgər bir dövlətin rəhbəri terroristdirsə bu zaman həmin dövlətdən başqa nə gözləmək olar? Bütün dünya bilir ki, işğalçı ölkənin genində problem və qüsurlar mövcuddur.
Kəlbəcərin ekoloji təmiz havası, suyu torpağı və gözəl dağları mövcuddur.Tarix boyu kəlbəcərlilər dövlətçilyimizə sadiq olublar. Onlar əyilməz və məğrurdurlar. Biz bunun canlı şahidiyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB