Baş redaktor: “Əgər dövlətin dəstəyi olmasaydı...”

Baş redaktor: “Əgər dövlətin dəstəyi olmasaydı...”

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihələr dövlət-mətbuat münasibətləri kontekstində Azərbaycanın dahiyanə kəşfidir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, MDB məkanında bir sıra ölkələr hələ müəyyən müddətdən sonra belə bir modeldən istifadə haqqında düşünəcəklər: "Əgər dövlətin dəstəyi olmasaydı yəqin ki, qəzetlərin bir çoxu öz fəaliyyətini dayandırmışdı, ya da media-dövlət münasibətlərində çox xoşa gəlməz problemlər meydana çıxmışdı. Azərbaycanda mediaya yardımlar olmasaydı, onların bəziləri dövlətimizin taktiki strateji maraqları ilə o qədər də uzlaşmayan müəyyən xarici qüvvələrin təsiri altına düşə bilərdi. Eyni zamanda Azərbaycan mediası peşəkarlığın ənənələrindən uzaqlaşa bilərdi. Hesab edirəm ki, bu model özünü doğruldub və dövlətimizin media maraqlarına cavab verir".

Bütün xəbərlər Facebook səhifəmizdə