Əhməd Oruc: “O elə dedi, bu belə dedi, deməklə nəyə nail olmaq istədiklərini bilmirəm” MÜNASİBƏT
"Faktiki olaraq Milli Şura haqda Rüstəm İbrahimbəyovun ideyası ictimai rəyi aldadıb və iflasa uğrayıb". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc Milli Şuranın "fəxri sədri" Rüstəm İbrahimbəyovun yenidən ölkəyə qayıtması ilə bağlı mətbuata verdiyi açıqlamasına münasibətini bildirərkən deyib.
Əhməd Oruc eyni zamanda qeyd edib ki, hələ prezident seçkilərində ictimai rəyi aldadan Milli Şura, eləcə də bu qurumun rəhbərliyi sonradan bu kimi məsələlərlə özlərini sığortalamağa çalışırlar. Lakin belə vasitələrlə nəyəsə nail olmaq mümkün deyil: "O elə dedi, bu belə dedi, deməklə nəyə nail olmaq istədiklərini deyə bilmərəm".
Xatırladaq ki, Rüstəm İbrahimbəyov yenidən Azərbaycana gəlmək istədiyini, lakin "Ziyalılar Forumu"nun toplantı keçirərək, ondan ölkəyə qayıtmamaq xahişi edildiyini bildirib. İctimai rəydə isə İbrahimbəyovun ölkəyə qayıtmaması "qorxaqlıq" kimi qiymətləndirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB