Serj Sarkisyan Niderlandda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb

Serj Sarkisyan Niderlandda ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb

Ermənistan prezidenti Serj Sarkisyan Niderlandda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb.

Tərəflər nizamlanma prosesinin hazırkı vəziyyəti və atılacaq addımları müzakirə ediblər.

S. Sarkisyan eyni zamanda, Niderlandın baş naziri Mart Rute ilə də görüşüb.

Görüşdə Ermənistan-Avropa Birliyi münasibətləri, regional məsələlər və Dağlıq Qarabağ problemi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə