Abdullah Gül Sammitdə önəmli məsələləri müzakirə edəcək

Abdullah Gül Sammitdə önəmli məsələləri müzakirə edəcək

Türkiyə prezidenti Abdullah Gül Nüvə Təhlükəsizliyi üzrə Sammitdə iştirak etmək məqsədilə Hollandiyaya səfər edəcək. SİA-nınTürkiyə mətbuatına istinadən məlumatına görə, Hollandiyanın Lahey şəhərində keçiriləcək zirvə görüşü 23-25 mart tarixləri arasında baş tutacaq.

Zirvədə terrorizmlə mübarizə, dünyadakı nüvə maddə ehtiyatının azaldılması və əməkdaşlıq səyləri müzakirə ediləcək.

Abdullah Gülün də zirvədə edəcəyi çıxışda və keçirəcəyi görüşlərində Türkiyənin nüvə təhlükəsizliyinə dair siyasəti ilə bağlı mövqeyini şərh edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə