Elçi Mirzəbəyli: “Əli Kərimlinin və Azadlıq” qəzetinin nurçularla əlaqələri var”
"Əli Kərimli hər zaman ifşa olunmuş insanlardan öz maraqları naminə istifadə etməyə çalışır. Çox güman ki, bu, Əli Kərimlinin mesajıdır və bununda kökündə Nurçulardan maliyyə almaq istəyi dayanır". Bu fikirləri SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli bildirib.
Nurçuların lideri Fətullah Gülənin Türkiyənin "Zaman" qəzetinə verdiyi müsahibənin "Azadlıq" qəzetində təbliğ olunmasına münasibət bildirən E.Mirzəbəyli şok iddia ilə çıxış edib.
O qeyd edib ki, AXCP sədri daim subyektiv maraqlardan çıxış edib: "Məndə olan məlumata görə, Əli Kərimlinin və "Azadlıq" qəzetinin bəzi təmsilçilərinin Fətullah Gülən camaatının nümayəndələri ilə əlaqələri olub və bu əlaqələr indi də bu və ya digər formada davam edir. İndiki şəraitdə həm Azərbaycanda, həm də Türkiyədə baş verən proseslərə Ə.Kərimli subyektiv maraqlardan yanaşdığı üçün, "Azadlıq" qəzetində də belə bir təbliğata yer ayrılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB