Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar sessiyası iyunun 11-13-də Bakıda keçiriləcək. SİA-nın xəbərinə görə, TürkPA-nın toplantısına hazırlıqla bağlı məsələ Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulinlə Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək arasında keçirilən görüşdə müzakirə olunub.
Həmin görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən assambleyası çərçivəsində baş tutub.
Qeyd edək ki, TürkPA-nın V plenar sessiyasının Bakıda keçirilməsi haqda qərar ötən ilin iyununda Ankarada qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB