Jalə Əliyeva: “Novruz artıq dünya tərəfindən qəbul edilən bayramdır”

Jalə Əliyeva: “Novruz artıq dünya tərəfindən qəbul edilən bayramdır”

"Bir zamanlar qadağan olunan, sadəcə evimizin içində qeyd etməyə məhkum olduğumuz Azərbaycanın milli bayramı Novruz bu gün artıq ölkənin sərhədlərindən kənarda qeyd edilir". Bu fikirləri SİA-ya Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva 2009-cu ildən Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil olmasında Azərbaycan dövlətinin rolundan danışarkən deyib.

Millət vəkili qeyd edib ki, birmənalı olaraq, Novruz bayramı Azərbaycan xalqının milli bayramı kimi bütün dünyada qəbul edilir və adət-ənənələrimizin ən önəmli atributu kimi göstərilir: "Bütün bunların dünyada təbliğ edilməsində, mədəniyyətimizin dirçəlişində özünəməxsus mühüm rol oynayan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini yüksək dəyərləndiririk. Məhz bu Fondun təşəbbüskarlığı sayəsində Novruz bayramı UNESCO-nun mədəni irs siyahısına salınıb. Bu da xalqımızın adət-ənənələrinin dünya mədəniyyəti çərçivəsində və yaşadılmasında əhəmiyyətli rol oynayacaq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə