Deputatlarımız Serbiyaya gedir

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Astan Şahverdiyev Serbiyada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Milli Məclisdən SİA-ya verilən məlumata görə, deputatlarımız seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə