Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib

Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Tehranda səfərdədir.
İran Prezidenti Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə İran arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən İran dövlətinin başçısı deyib ki, onun ölkəsi qonşu dövlətlər, o cümlədən Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran dövlətinin başçısına çatdırıb, prezidentlərin səylərinin ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə töhfə verdiyini deyib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə