Novruz Məmmədov: "Ketrin Eştonun erməni kilsəsinə baş çəkməsi başa düşüləndir" FOTO

Novruz Məmmədov: "Ketrin Eştonun erməni kilsəsinə baş çəkməsi başa düşüləndir" FOTO

"Ketrin Eşton İranda səfərdə olarkən tarixi səfər edib, Yeni Culfada erməni kilsəsinə baş çəkib. Tam başa düşüləndir". SİA-nın xəbərinə görə, bunu öz "Twitter" səhfəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yazıb.

N. Məmmədov bildirib: "Yəqin xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, oranı ziyarət etsin".

Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi K. Eşton İran nüvə proqramının müzakirəsi ilə bağlı martın 8-də İrana səfəri zamanı İsfahan şəhərində ermənilərin kompakt yaşadığı Yeni Culfa məhəlləsində yerləşən Vank kafedral kilsəsini ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə