İctimai Palatanın buraxılmasından sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər "Düşüncə Mərkəzi" adlı yeni qurumun yaradılması ilə bağlı təklif irəli sürdü. Bunun ardınca, Müsavat Partiyası ilə "El" Hərəkatı arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Bir sıra müxalifətyönlü analitiklər "Düşüncə Mərkəzi"nin Milli Şuraya alternativ qurum ola biləcəyini bildirirlər.
Bununla bağlı SİA-ya açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı da qeyd edib ki, yeni formalaşdırılan "Düşüncə Mərkəzi"ndə hər kəs təmsil oluna bilər: "Məndə olan məlumata görə, "Düşüncə Mərkəzi" hələlik, tam formalaşmayıb. Lakin buna baxmayaraq, "El" Hərəkatında olmayanlar da "Düşüncə Mərkəzi"ndə təmsil oluna bilələrlər".
Xatırladaq ki, Milli Şurada təmsil olunan daha bir neçə nəfər ayrı-ayrılıqda "Düşüncə Mərkəzi"ndə təmsil olunmaq, eləcə də Müsavat Partiyası ilə əməkdaşlıq etmək istəklərini etiraf ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB