Bu ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü baş tuta bilər
"Bu ay ərzində Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün baş tutacağına ümid edirik". SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb.
ABŞ-lı həmsədr vurğulayıb ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər.
Xatırladaq ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib. Görüşdə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB