“Avstriya Yanukoviç və Azarovun bank hesablarını dondurdu”

Bunu Almaniyanın “Die presse” saytı yazıb
“Avstriya Yanukoviç və Azarovun bank hesablarını dondurdu”

Avstriya Yanukoviç və Azarovun bank hesablarını dondurdu. Bu haqda SİA Almaniyanın "Die presse" saytına istinadən xəbər verir. Məlumata görə, Avstriya dövləti Yanukoviç və Azarovla birgə Ukrayna hakimiyyətinin 18 üzvünün bank hesablarını dondurub. Ümumiyyətlə, bank hesablarının dondurulanlar arasında Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, Ukraynanın Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyev və Ukraynanın artıq eks-prezidenti Viktor Yanukoviçin adlarının olduğu dəqiqləşdirilib.

Avstriyanın rəsmi açıqlamalarına görə, bank heablarının dondurulması Ukraynanın yeni rəhbərliyinin xahişi ilə icra olunub.

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə