Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verib ФОТО

Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verib ФОТО

Erməni tələbə Nyukaslda "Xocalıya ədalət" kampaniyasına dəstək verib. Bu barədə SİA-ya Nyukasl Azərbaycan Tələbə Cəmiyyətinin sədri Orxan Seyidov açıqlama verib.

O. Seyidov bildirib ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşan məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib: "Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb, "Xocalıya Ədalət" kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak edib. Tədbiri universitetin ən böyük insan toplaşan məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik".

Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik Cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib: "Universitet tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz dəstəyini nümayiş etdirib. Kampaniyanın təşkilində 35 nəfər azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstəriblər. Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırılıb, petisiyaya 400-dən çox imza toplanıb. Bu, Böyük Britaniyada keçirilən ən böyük "Xocalıya ədalət" kampaniyalarından biri olub. Ən maraqlısı isə o olub ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verib. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və digər ölkələrdən olan tələbələr dəstək veriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə