"Artıq bu, Azərbaycan xalqına, Azərbaycan mənəviyyatına, Azərbaycançılıq amilinə qarşı təhqirdir". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov bir qrup gənc tərəfindən martın 1-də metropolitendə "Şalvarsız aksiya" flaşmobu keçirmək cəhdlərinə münasibət bildirərkən deyib.
Təhmasib Novruzovun sözlərinə görə, bu kimi rüsvayçı məsələlərin arxasında Azərbaycana qarşı uzanan əllər və həmin əllərin sahiblərinə xidmət edən bir qrup siyasətbazlar dayanıb: "Bütün bunların arxasında dünyada öz sözünü deyən, öz gücünü göstərən Azərbaycana qarşı uzanan əllər dayanır. Belə qüvvələr yaxşı bilirlər ki, heç bir təzyiq vasitəsilə Azərbaycana təsir etmək gücündə deyillər. Bunlar onu da yaxşı bilirlər ki, Azərbaycanda ismətə, abıra, həyaya diqqət milli mənəviyyatın tərkib hissəsidir. Ona görə də çalışırlar ki, bu kimi rəzil, arsız və biabırçı üsullarla hər hansı təzyiq formasından yararlansınlar".
"Bu qüvvələr tapılmalı və onlara kimlərin xidmət göstərdikləri də araşdırılmalıdır" - deyən Təhmasib Novruzov onu da istisna etmədi ki, sözügedən flaşmobun təsir dairəsində radikal müxalifət rəhbərliklərinin də marağı ola bilər: "Bu həmin müxalifətdir ki, birinci Qarabağ savaşında bir-iki yüksəkliyi, kəndi ermənilərə təhvil verərək, bunun müqabilində Bakıda hakimiyyəti ələ keçirəcəklərinə şərait yaradıldığını aşkar olaraq deyirdilər. Bu həmin müxalifətdir ki, Xocalı soyqırımı sayəsində hakimiyyətə gəldiklərini etiraf etdilər. İndi də bu cür rəzil, abırsız, ismətsiz flaşmoblarla Bakıda qarşıdurma salmağa cəhd edirlər. Lakin heç nəyə nail ola bilməyəcəklər. Azərbaycana uzanan belə əllər kökündən kəsiləcək. Buna heç kimin şübhəsi olmamalıdır!".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB