Almaniyanın paytaxtı Berlində "Branderburq darvazaları" qarşısındakı meydanda Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı aksiya keçirilib. Bu barədə SİA-ya millət vəkili Rauf Əliyev məlumat verib. Onun sözlərinə görə, aksiya yerli vaxtla saat 2-də başlayıb: "Tədbirdə azərbaycanlı gənclər, tələbələr, idmançılar, diaspora nümayəndələri və Azərbaycanın üç millət vəkili - mən, Siyavuş Novruzov və Xanlar Fətiyev iştirak etmişik. Anım mərasimində nümayəndə heyətinin rəhbəri Siyavuş Novruzov Xocalı faciəsi ilə bağlı iştirakçılara geniş məlumat verərək bildirib ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir".
R.Əliyev bildirib ki, aksiya zamanı geniş ictimaiyyətə müraciət olunaraq faciədə gunahkar olanların cəzalandırılması tələb olunub.
Millət vəkili qeyd edib ki, Berlində "Branderburq darvazaları" qarşısındakı meydana toplaşan almanlar və digər xarici vətəndaşlara soyqırımı barəsində faktları əks etdirən kitablar və broşürlər paylanılıb, eyni zamanda maraqlanan şəxslərə faciə barədə məlumat verilib.
R.Əliyevin sözlərinə görə, daha sonra nümayəndə heyəti, diaspora və səfirliyin əməkdaşları ilə birlikdə Berlində Xocalı abidəsi önünə gül dəstələri qoyublar, həmçinin Almaniya-Azərbaycan Mədəniyyət Evində Xocalı faciəsinin qurbanlarına ehsan verilib.
(1).jpg)
.jpg)
(1).jpg)
.jpeg)
(1).jpeg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB