Leyla Namazova
Xocalı Soyqırımı...

"Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"

Heydər Əliyev

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu qanlı hadisədən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq Xocalı faciəsini nəinki respublikamız, dünyada yaşayan 50 milyona yaxın həmyerlimiz hər il hüzn günü kimi qeyd edir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücum nəticəsində şəhər tamamilə yerlə yeksan edilmiş, yandırılmış, dinc sakinlərə qarşı əsl soyqırım torədilmişdir.

Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafalarının dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir.

1 mart 1994-cü ildə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalamışdır. Milli Məclisin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" xüsusi fərman verilmişdir.

Körpələri öldürmək, yaşlı insanlara əzab vermək, insanların başını kəsmək, gözlərini oymaq, əl-qollarını şikəst etmək və bundan da betər vəhşiliklər insanlığa sığmayan hərəkətlərdir. Onların məqsədi məhz qan tökmək idi. Nəyə lazım idi bu qəddarlıq? Bu cinayətkarlar heç nəyə baxmırdılar, hər şeyi məhv edirdilər. Bəs körpə uşaqların, nənələrin, babaların günahı nə idi? Məgər onlar gunahkar idilər ki, o torpaqlarda yaşayırdılar? Onlar dinc sakinlər idi, nəyə lazım idi bu vəhşilik?

Hətta belə bir hadisə yadımdadır. Xocalı soyqırımının canlı şahidi olan bir uşaqdan soruşdular ki, o faciədən nə yadında qalıb? O isə dedi: "Niyyətim, sadəcə, ermənilərdən qisas almaq və tezliklə Xocalıya, ata-baba yurduma qayıtmaqdır".

Bu vəhşiləri necə bağışlamaq olar? Onları kimsə nə vaxtsa bağışlasa da, Tanrı heç vaxt bağışlamayacaq. Çünki Allah verən canı heç kəs ala bilməz. Ermənilər isə əsl vəhşidirlər, şeytandırlar. Allah şeytana lənət eləsin! Vallah, mən o kadrlara baxanda həmişə gözlərim yaşarır, bədənimə titrətmə gəlir və ermənilərə nifrətim günü-gündən artır. Öz-özümə təsəlli verirəm ki, dözmək lazımdır, az qalıb, tezliklə her şey öz yerini tutacaq. Düşmənlərimiz öz cəzalarını alacaqlar. Bu, belə qalmayacaq. Çünki artıq bir çox ölkələrin parlament və senatları artıq bu hadisəni soyqırım kimi tanıyıb və kəskin şəkildə pisləyib, həmçinin qatillərin tutulması və cəzalandırılması tələb olunub. Onlar artıq anlayırlar ki, ermənilər qatildir və 22 il əvvəl əsl vandal, qatil və əsl vəhşi kimi bu soyqırımı törədiblər. Erməni quldurlar özgə malına göz dikən, oğru və qatildirlər. Yavaş-yavaş hamı bu vandalların kim olduğunu görür. Ermənilər həyasızcasına bəyan edirlər ki, bütün Dağlıq Qarabağ erməni torpağıdır və Xocalıda heç vaxt soyqırım olmayıb. Bəs bunu necə adlandırmaq olar? Bu cəfəngiyatı ancaq erməni kimi alçaq millət söyləyə bilər. Erməni quldurları iddia edirlər ki, guya türklər onlara qarşı soyqırım törədiblər. Daha demirlər ki, özləri Xocalıda nələr etmədilər, o gözəl məkanı nə günə qoydular, nə qədər insanı amansızcasına qətlə yetirdilər, sakinlərə nə qədər əzab, əziyyət verdilər… Bunlar yada düşmür, yadlarından tamamilə çıxıb. Bu hadisə onların iç üzünü açdı, paxıl, hiyləgər və necə işğalçı millət olmarına hamı bələd oldu. Xocalı soyqırımı bu vəhşiliyin bir sübutudur.

Bu soyqırım 20-ci əsrin ən dəhşətli faciəsidir. Xocalı soyqırımı, qeyd etdiyim kimi, hər il dünyanın bir çox nöqtəsində anılır. Hətta bu soyqırımla bağlı ABŞ prezidenti Barak Obamaya müraciət olundu. Ağ Evin "Biz xalqıq" səhifəsində yerləşdirilmiş ərizədə deyilir ki, fevralın 26-da ABŞ azərbaycanlıları şəbəkəsinin dostları 1992-cı ildə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının 22-ci ildönümünü qeyd edəcək. Petisiyada bildirilir ki, Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin 22-ci ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün petisiyanın müzakirəyə çıxarılması üçün ona 2013-cü il fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır. İmzatoplama kampaniyası keçirildi və 100 mindən çox imza toplandı. Bu da böyük bir uğurdur. Biz nəin ki ABŞ-a, həm də bütün dünyaya sübüt etmək istəyirik ki, Xocalı facıəsini soyqırım kimi tanısınlar, ədalətli olub, qəbul etsinlər ki, ermənilər Azərbaycan xalqına qarşı terror törədiblər. Bu məqsədlə faciənin dünya ictimaiyyətinə tanıdılması istiqamətdə həm dövlət səviy¬yəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlarımız tərəfindən ötən 22 il ərzində istər respublika daxilində, istərsə də kənarda beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, materiallar, fotolar dərc edilib, sənədli və bədii kitablar yazılıb, sərgilər keçirilib. Hər il Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə dünyanın yüzlərlə nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən bukletlər, fotoalbomlar və kitablar paylanılır. Həmçinin 2009-cu ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası da bu istiqamətdə atılan mühüm addımlardandır. Günümüzün gerçəklikləri bunu göstərir ki, təbliğat daha geniş formada, daha mütəşəkkil, daha təsirli şəkildə bu gün də davam etdirilməlidir. Xocalı soyqırımı beynəlxalq cinayət kimi səciyyələndirilməlidir. Bu, tək xalqımıza qarşı deyil, Ümummilli Liderimizin təbirincə desək, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəldilən ən dəhşətli cinayətlərdən biridir.

Azərbaycan torpaqlarının dinc yolla azad olunması mövqeyində dayandığını dəfələrlə bəyan edib. Lakin dinc yolla münaqişə o zaman həll oluna bilər ki, dünya birliyi erməni təcavüzünün aradan qaldırılması üçün lazımi işlər və təsirli tədbirlər görsün. Xocalı faciəsi bizim əbədi və sağalmaz dərdimiz olduğundan bir vətəndaş olaraq hər birimiz hər gün, hər saat bu ağrını, bu acını qəlbimizdə hiss edirik. Hər il fevralın 26-da bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarına, doğmalarına, dərin hüzünlə başsağlığı verirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir… Bu soyqırımı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir… Məqsədimiz Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir" sözlərinə istinad edən xalqımız inanır ki, gec-tez həqiqət zəfər çalacaq və haqq-ədalət öz yerini tutacaq.

2012-ci ildə - Xocalının 20-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirildi, xalq erməni vəhşiliyinə etirazını yürüşlə bildirdilər. Başda Prezidentimiz cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, dövlət və hökumət nümayəndələri olmaqla yürüşdə iştirak etdilər. Şəhər sakinləri, həmçinin qonaqlar da həmin etiraz yürüşünə qoşuldular. Azadlıq prospektindən başlanan bu yürüş Xətai rayonunun Xocalı prospektində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış heykələ qədər piyada davam etdi. Hər il Xocalı soyqırımı günü oranı minlərlə insan ziyarət edir, heykəlin önünə tər çiçəklər düzürlər. Soyqırım qurbanlarının əziz xatirəsini anıb, ehtiramlarını bildirirlər. Xocalı soyqırımının qurbanları, həmçinin vətən uğrunda şəhid olan bütün oğul və qızlarımız daim hər bir azərbaycanlının qəlbindədir, onlar heç vaxt unudulmayacaqlar.

Bu gün mənim və hər bir azərbaycanlının arzusudur ki, o torpaqlara - bizim səfalı yerlərimizə, Qarabağımıza, Şuşamıza, Xankəndimizə, Xocalımıza yenidən qayıdaq. O yerlərə əsl qalib, sahib və ev yiyəsi kimi qayıdaq. Qarabağda üçrəngli şanlı bayrağımızı qaldıraq, ən uca zirvəyə bayrağımızı sancaq. Azərbaycan bayrağı həmişə yüksəklərdə dalğalanmalıdır. Azərbaycanlı olmaq hamı üçün şərəf olmalıdır.

Fikrimi Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə yekunlaşdırmaq istəyirəm: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!".

Bütün xəbərlər Facebook səhifəmizdə