Bu gün Azərbaycan Mətbuat Şurasında 26 fevral Xocalı soyqırımı və ümumiyyətlə, I Qarabaş müharibəsi zamanı şəhid olan jurnalistlərin əziz xatirəsi yad edilib. SİA-nın məlumatına görə, tədbirdə MŞ-nın Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər media mənsubları iştirak edib.
Tədbiri giriş sözü ilə açan MŞ-nın Ahıl Jurnalistlər Məclisinin sədri, əməkdar jurnalist Yusif Kərimov deyib ki, Alı Mustafayev, Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. O, Salatın Əsgərovanın professional jurnalistikamızda özünə layiqli yer tutduğunu, zəhmətkeşliyi və istedadı ilə fərqləndiyini vurğulayaraq diqqəti qələm sahibinin keçdiyi mənalı ömür yoluna, ədəbi və bədii yaradıcılığına yönəldib. Onun çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də həər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Qarabağ müharibəsi başlayan gündən Salatın Əsgərov qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı".
Daha sonra "Xalq" qəzetinin baş redaktorunun müavini Tahir Aydınoğlu bildirib ki, 1991-ci ilin yanvarında "Molodyoj Azerbaydjana" qəzetinin redaktoru olan Salatın Əsgərova cəbhə bölgəsində, Laçın rayonu yaxınlığında, öz peşə borcunu yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub: "Reportajlarının əsas xəttini Qarabağ, Azərbaycanın bütövlüyü, ermənilərə qarşı vuruşan oğulların mərdliyinə həsr edən və Qarabağin ən qaynar nöqtələrində peşə borcunu yerinə yetirən Salatın Əsgərova Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalistdir".
Sonra şəhid olan jurnalistlərin digər qələm yoldaşları çıxış edərək şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB