"Azərbaycanın hər zaman istəyi beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılıq siyasətinə qarşı haqq səsini ucaltmaqdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə vitse-spiker Bahar Muradovanın ATƏT-in PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir: "Hazırda Azərbaycan tərəfinin başlıca məqsədi ATƏT-in PA-da iştirak edərək, beynəlxalq qurumların diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə artırmağa yönəltməkdir. O üzdən hesab edirəm ki, ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması təklifini müsbət qiymətləndirirəm".
Ülkər MUsazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB