Xəzər Teyyublu: “AXCP ilə birləşmirik və bunu düşünmürük”

Xəzər Teyyublu: “AXCP ilə birləşmirik və bunu düşünmürük”

"AXCP və KAXCP-nin birləşməsi məsələsini gündəmə gətirmək gülüncdür. Çünki bu, mümkün deyil". Bu fikirləri SİA-ya açıqlamasında KAXCP sədrinin müavini Xəzər Teyyublu cəbhəçilərin yaxın zamanlarda KAXCP və AXCP-nin birləşəcəyi ilə bağlı iddialarına münasibət bildirərkən söyləyib

"Biz bu məsələ ətrafında müzakirələr belə aparmırıq"- deyən Xəzər Teyyublu onu da bildirdi ki, iki ayrı-ayrı partiyanın eyni qurumda fəaliyyət göstərməsinə rəğmən, onların birləşməsi haqqında nəsə danışmaq, iddia ilə çıxış etmək sadəcə, iztehza doğurur: "Bu iki partiya hansısa qurumda birlikdə fəaliyyət göstərirsə, bu o, demək deyil ki, birləşməlidir və ya birləşir. Biz hazırda Milli Şurada birgə fəaliyyət göstəririk. Lakin birləşə bilmərik və bunu düşünmürük".

Qeyd edək ki, artıq bir müddətdir ki, AXCP mənbələrində partiyanın KAXCP ilə birləşməsi mümkünlüyü barədə söz-söhbətlər dolaşmaqdadır və bu günlərdə KAXCP sədri Mirmahmud Mirəlioğlu da mətbuata açıqlamasında iki partiyanın birləşməsi ehtimalını rədd etmişdi.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə