“Epress.am”: “Hakim partiyanın funksioneri jurnalisti ölümlə hədələdi”
"Ermənistanın hakim Respublikaçılar Partiyasının üzvü jurnalisti ölümlə hədələdi". SİA "Epress.am" saytına istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının üzvü ötən gün Ermənistanda keçirilən etiraz aksiyasını yayımladığına görə Təhminə Enokyan adlı jurnalisti ölümlə təhdid edib. Bu haqda jurnalist özü facebook səhifəsində yazıb.
Daha sonra sözü gedən jurnalistə aksiyada çəkilən şəkil və videoları yox etməsi üçün təhdidlər yağdırmağa başlayıblar. Təhdidlərin birində belə yazılıb: "Əgər sən aksiyada çəkdiyin foto və videoları silməsən və məni ictimaiyyətə cinayətkar şəklində təqdim edirsənsə, buna görə cavab verməli olacaqsan. İlk öncə, bu gündən öz şəkillərini internet səhifələrində məşhur fahişə kimi izləyə biləcəksən".
Qeyd edək ki, "Sərhədsiz repartyorlar" təşkilatının "Dünyada mətbuat azadlığı indeksi" adlanan hesabatında Ermənistan siyahıda 78-ci yerdə qərarlaşıb.
Ülkər Musazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB