MŞ sədri: “Azərbaycan mətbuatının inkişafı göz önündədir” MÜNASİBƏT

MŞ sədri: “Azərbaycan mətbuatının inkişafı göz önündədir” MÜNASİBƏT

"Mənim bu xanımla o qədər də yaxından tanışlığım yoxdur". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov QHT rəhbəri Vüsalə Hüseylinin Azərbaycan mətbuatının inkişafına kölgə salan fikirlərinə münasibət bildirərkən deyib.

"Təbii ki, bu barədə Azərbaycan Mətbuat Şurasının əməkdaşları mənə məlumat veriblər. Mən hər kəsə məsləhət görərdim ki, QHT rəhbərinin söylədiklərinə ciddi yanaşılmasın. Hesab edirəm ki, Azərbaycan mətbuatına "səviyyəsiz" deyən QHT sədrini gündəmə gətirməyə lüzum yoxdur. Müxtəlif insanlar təcrübələrindən jurnalistika ilə bağlı, müxtəlif sahələrlə bağlı öz fikirlərini bildirirlər. Onu qeyd edim ki, Azərbaycan jurnalistikası böyük ənənəyə malikdir. Bu gün Azərbaycan mətbuatı kifayət qədər (regionda, MDB məkanında və s.) inkişaf edib. Hətta deyərdim ki, ölkəmizdə fəaliyyət göstərən jurnalistlər dünyanın ən inkişaf etmiş ölkələrində fəaliyyət göstərən KİV-də işləyə bilərlər. Azərbaycan mətbuatının inkişafı göz önündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə